Türklər 58 nəfəri xilas etdi (VİDEO)

Türklər 58 nəfəri xilas etdi (VİDEO)
21:36 18 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəyə üz tutan növbəti miqrant qrupu son anda ölümün caynağından xilas olub.

ANS TV-nin məlumatına görə, Türkiyənin Çanaqqala sahillərində növbəti qeyri-qanuni miqrant qrupu batmaqdan xilas olub.

Çanaqqalanın Ayvacık rayonundan Yunanıstanın Midilli adasına üzmək üçün yola çıxan şişmə qayıqda Əfqanıstan və Suriyadan gələn 58 miqrant olub.

Sahildən aralanan və içərisində çoxlu sayda qadın və uşaq olan qayıq batmağa başlayıb. Qəza xəbərini alan Türkiyə sahil-mühafizə xidmətinin gəmiləri miqrantları xilas edərək Çanaqqala vilayətindəki qaçqın düşərgəsinə göndərib.

Bu arada Avropa Birliyi ölkələrin liderləri sərhəd və sahil mühafizəsi üzrə Avropa agentliyinin yaradılmasına dair qərar qəbul edəcək.

Bu barədə Avropa Birliyinə üzv ölkələrin Brüsseldə keçirilən sammitinin yekunları üzrə komünikedə bildirilib.

Məlumata görə, yaxın aylarda Şengen məcəlləsinin islahatları üzrə Avropa Komissiyasının təklifləri nəzərdən keçiriləcək.

Üç gün davam edən sammit zamanı avropalı liderlər Avropa Birliyinin daxili bazarı, Suriya münaqişəsinə dair siyasəti, eləcə də Avropaya axın edən miqrantların qarşısının alınması istiqamətində müzakirələr aparıblar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR