Misir səfiri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olub

Misir səfiri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olub
22:08 18 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Dünya Ərəb Dili Günü ilə əlaqədar Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olublar.
Kompleksin direktoru Sevinc Rzayeva təhsil müəssisəsinin tarixi və onun Azərbaycan təhsilindəki önəmi haqqında məlumat verib.
Səfir Suzan Cəmil Nuh 18 dekabr - Dünya Ərəb Dili Günü haqqında məlumat verib və ərəb dilinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Sonra Təhsil Kompleksinin şagirdləri Azərbaycan və ərəb dillərində şeir söyləyib, rəqs ifa ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_sefiri_Heyder_Aliyev_adina_Muasir_Tehsil_Kompleksinde_olub-912569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR