Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bazar gününün HAVA PROQNOZU

Bazar gününün HAVA PROQNOZU

Date: 19 December 2015 12:34

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11, Bakıda gecə 1-3,  gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  2-7  dərəcə isti olacağı gözlənilir. 


Tags:  Bazar gününün HAVA PROQNOZU

RƏYLƏR


Top news