İtaliya Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulub

İtaliya Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulub
12:53 19 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
İtalıya Asiyada inkişafı stimullaşdırmaq, İtaliya şirkətləri üçün yeni imkanlar açmaq məqsədi ilə Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın AGİ informasiya agentliyinə eksklüziv müsahibəsində bu ölkənin xarici işlər nazirinin müavini Benedetto Della Vedova bildirib. Nazir müavini qeyd edib ki, İtaliya bu addımı atan ikinci Avropa ölkəsidir.
İtaliyanın Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulması barədə sənədlər mart ayında imzalansa da Nazirlər Kabineti bu qərarı dekabrın əvvəllərində təsdiqləyib.
Müsahibədə nazir müavini çoxlarının Çinin yeni İpək Yolu layihəsi ilə əlaqələndirdiyi bu maliyyə layihəsinə İtaliyanın qoşulmasının səbəblərini açıqlayıb. Belə ki, bank 100 milyard dollar kapitala və 2016-cı ilin yanvarından başlayaraq 20 il ərzində 8 milyard dollar investisiya yatırımı etmək planına malikdir. Nazir müavinin sözlərinə görə İtaliyanın banka qoşulması “çox ağıllı və uzaqgörən bir qərardır”.
“Bu layihəyə qoşulmamaq üç səbəbdən ağılsızlıq olardı. Birinci səbəb - bizim Çinlə və bütün regionla olan münasibətlərimizdir. Bu seçim İtaliyanı infrastruktur sahəsində beynəlxalq idarəçiliyin bir hissəsinə çevirəcək. İnanırıq ki, bu layihə Asiya İnkişaf Bankı ilə birgə fəaliyyət göstərən bir vasitə olacaq. Bütövlükdə regionda nəhəng investisiya potensialı mövcuddur. Buna görə də Asiya İnfrastruktur İnvestisiya Bankının olması çox səmərəlidir və effektivlik üçün bu bank Asiya İnkişaf Bankı ilə birgə səy göstərməlidir. İkinci səbəb isə ABŞ və Kanadadan fərqli olaraq Avropa ölkələrinin quru yolla Çinlə birbaşa əlaqə yaratmaq imkanları var. Bu layihə Avropa və Çini əlaqələndirən ən mühüm layihələrdən biridir. Avropa və Çini əlaqələndirən layihələri seçən və yatırım edən bir layihəyə qoşulmamaq ağılsızlıq olardı. Digər bir səbəb isə budur ki, İtaliyanın bir çox şirkəti infrastruktur sahəsində fəaliyyət göstərir, onlar ən yüksək texnologiyaya malikdirlər. Buna görə də bu layihədə iştirak İtaliya şirkətləri üçün yeni imkanlar açır”, – deyə İtalıyanın xarici işlər nazirinin müavini Benedetto Della Vedova bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiya_Asiya_Infrastruktur_Investisiya_Bankina_qosulub-912641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR