Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hövsan Aerasiya Stansiyasında bioenerji stansiyası quraşdırılacaq

Hövsan Aerasiya Stansiyasında bioenerji stansiyası quraşdırılacaq

Date: 19 December 2015 13:03


Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Hövsan Aerasiya Stansiyasında çirkab sularının təmizlənməsi nəticəsində yığılan tullantılardan enerji alınması üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindən bioenerji stansiyasının quraşdırılması layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. 50 meqavat gücündə olacaq stansiya vasitəsilə Türkan və Hövsan qəsəbələri istilik və elektrik enerjisi ilə təmin ediləcək.
Bu barədə AZƏRTAC-a ABOEMDA-dan məlumat verilib. Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd çirkab sularının təmizlənməsi, zəhərli qazların və tullantıların utilizasiyası və enerjinin alınmasıdır. Stansiyanın işləməsi həmçinin, il ərzində 93,8 milyon kubmetr təbii qaza qənaət etməyə də imkan verəcək.

Tags:  Hövsan Aerasiya Stansiyasında bioenerji stansiyası quraşdırılacaq


RƏYLƏR


Top news