Narkomaniyaya qarşı mübarizədə gənclər fəal olmalıdırlar

Narkomaniyaya qarşı mübarizədə gənclər fəal olmalıdırlar
13:48 19 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə “Narkotiklərdən uzaq olaq” mövzusunda toplantı keçirilib.
Tədbirdə əvvəlcə Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərlinin müəllifi olduğu “Bəla” pyesi nümayiş etdirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri İradə Mahmudova bildirib ki, toplantının məqsədi bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa çağırmaq və onları bu sahədə maarifləndirməkdir. Azərbaycan artıq 20 ildən çoxdur ki, dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilib, ölkəmiz beynəlxalq konvensiyalara qoşulub, müvafiq dövlət proqramları qəbul edilib.
Qeyd edilib ki, Nərimanov rayonunda vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir.
Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları, Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və başqa çıxış edənlər bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Tədbirdə gənclərə narkomaniyadan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün məsləhətlər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkomaniyaya_qarsi_mubarizede_gencler_feal_olmalidirlar-912657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR