Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Date: 19 December 2015 14:03


Sabirabad, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda mövcud olan 115 min iribuynuzlu mal-qaranın 20 mini artıq peyvənd olunub. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün baytarlıq idarəsinin 21 baytar-həkimi səfərbər edilib.
Rayon baytarlıq idarəsinin rəisi Fikrət Rəsulov bildirib ki, qış fəslində heyvanlarda dabaq xəstəliyinin yayılma riski böyük olur. Xəstəlik başqa təsərrüfatlardan gələn heyvanla, yemlə, örüş-otlaq sahələrindən keçir və sürətlə yayılır. Dabaq xəstəliyi heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarda yaraların yaranmasına səbəb olur. Həkimlər iribuynuzlu heyvanlarla yanaşı, rayonun müxtəlif təsərrüfatlarında xırdabuynuzlu, eləcə də ev quşları arasında da profilaktik mübarizə tədbirləri görür.



Tags:  Heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər görülür


RƏYLƏR


Top news