Metronun “Cəfər Cabbarlı-Xətai” xəttində diaqnostika qatarı xəttə buraxılıb

Metronun “Cəfər Cabbarlı-Xətai” xəttində diaqnostika qatarı xəttə buraxılıb
15:33 19 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı Metropoliteninin “Cəfər Cabbarlı-Xətai” xəttində yolları yoxlayan diaqnostika qatarı xəttə buraxılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev AZƏRTAC-a deyib.
Onun sözlərinə görə diaqnostika qatarı təlimata uyğun olaraq yoxlanış aparıb. Qeyri-iş günü olduğu üçün vətəndaşların sıxlığının az olmasını nəzərə alaraq diaqnostika qatarı məhz bu gün xəttə buraxılıb.
“Diaqnostika qatarının xəttə buraxılması barədə vətəndaşlara əvvəlcədən xəbərdarlıq edilib. Artıq diaqnostika yoxlanışı başa çatıb və qatarlar öz qrafikləri ilə problemsiz hərəkət edir”, – deyə N.Paşayev vurğulayıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Metronun_Cefer_Cabbarli_Xetai_xettinde_diaqnostika_qatari_xette_buraxilib-912693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR