Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirliyin qəzetini bağladılar, əvəzində...

Nazirliyin qəzetini bağladılar, əvəzində...

Date: 19 December 2015 15:57

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq. Bu barədə "Report"a RYTN-in mətbuat xidmətindən məlumat verilib.

"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Milli.Az


Tags:  Nazirliyin qəzetini bağladılar əvəzində


RƏYLƏR


Top news