Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13874,1 milyon manat olub

Yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13874,1 milyon manat olub

Date: 19 December 2015 18:03


Bakı, 19 dekabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13874,1 milyon manat, xərcləri 13925,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, büdcənin icrasında 51,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,1 faizi qədər kəsir yaranıb.
Daxilolmaların 19,1 faizi əlavə dəyər vergisi, 13,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,9 faizi aksizlər, 7,2 faizi digər vergilər, 49,5 faizi vergi olmayan gəlirlər hesabına təmin edilib.

Tags:  Yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13874 milyon manat olub


RƏYLƏR


Top news