"Suriyaya uçan təyyarələrimizə hava məkanlarını bağlayıblar"

"Suriyaya uçan təyyarələrimizə hava məkanlarını bağlayıblar"
18:05 19 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Avropa dövlətləri və Türkiyə Rusiya Hərbi Hava Qüvvələrinin Uzaq Aviasiya Birliyinin Suriyadakı əməliyyatlarda iştirak edən təyyarələrinə hava məkanlarını bağlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri Uzaq Aviasiya Birliyi komandanının müavini, general-mayor Anatoli Konovalov jurnalistlərin "Rusiya təyyarəçiləri niyə Avropadan yan keçərək, Suriyaya uçurlar" sualını cavablandırarkən bildirib.
"Ölkəmizin şimal hissəsində yerləşən Oleneqorsk aerodromu təyyarələrin yanacaqla təmininin artırılmasını həyata keçirir. Tapşırığı yerinə yetirmədiyimiz vaxtlar da olub. Avropa və Türkiyə təyyarələrimizi hava məkanlarına buraxmayıblar", - o, vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR