AZƏRTAC-ın İspaniyadakı müxbiri “El Mundo” qəzetinin sorğusunda iştirak edib

AZƏRTAC-ın İspaniyadakı müxbiri “El Mundo” qəzetinin sorğusunda iştirak edib
18:53 19 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC 
İspaniyanın nüfuzlu “El Mundo” qəzeti dekabrın 20-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkədə fəaliyyət göstərən xarici KİV nümayəndələrinin fikirlərini öyrənib. Bu sırada İtaliyanin “La Republica”, İngiltərənin “The Times”, Almaniyanın “Berliner Zeitung” qəzetləri, Fransanın “Frans Press” agentliyi ilə yanaşı, AZƏRTAC-ın İspaniyadakı xüsusi müxbiri Aygün Əliyeva da olub.
Müxbirlərə əsasən İspaniyanın daxili siyasətinə və seçkilərə kənardan baxışla bağlı suallar ünvanlanıb.
AZƏRTAC-ın xüsusi müxbirinə verilən suallardan biri belə olub: “Azərbaycanda İspaniya və hazırkı Baş nazir Mariano Raxoyun fəaliyyəti barədə nə bilirlər”. Müxbir suala belə cavab verib: “Əlbəttə, Azərbaycanda əhali siyasətlə maraqlanır, İspaniyanı yaxşı tanıyır, burada gedən prosesləri izləyir. İnsanların bir çoxu Mariano Raxoyu tanımaya bilər, amma əksəriyyət Kral və Kraliça barədə məlumatlıdır”.
Digər bir sual isə dekabrın 20-də parlament seçkilərində iştirak edəcək dörd əsas partiyanın namizədləri barədə olub. Sualı cavablandıran AZƏRTAC-ın müxbiri Mariano Raxoyun bir qədər sərt siyasət yeritdiyini qeyd edərək deyib ki, onun həyata keçirdiyi iqtisadi tədbirlər nəticəsində ölkə üzləşdiyi böhrandan çıxmağa başlayıb, işsizlik səviyyəsi aşağı düşüb.
Digər namizədlərlə bağlı fikir bildirən müxbir onların arasında “Ciudodanos” (Vətəndaşlar) partiyasının lideri Albert Riveranın proqramını daha çox bəyəndiyini, qarşıdakı seçkilərdə onun da real lider ola biləcəyini deyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZARTAC_in_Ispaniyadaki_muxbiri_El_Mundo_qezetinin_sorgusunda_istirak_edib-912740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR