Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədliyyədə işləmək istəyənlər imtahan verdilər

Ədliyyədə işləmək istəyənlər imtahan verdilər

Date: 19 December 2015 19:42

Ədliyyə Nazirliyinin kadr korpusunun yeni nəsil ədliyyə işçiləri ilə möhkəmləndirilməsi məqsədilə görülən ardıcıl tədbirlər çərçivəsində dekabr ayının 19-da qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib. 
 
Milli.Az APA-ya istinadən bildirir ki, nazirliyin mətbuat xidmətindəın verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində vahid auditoriyada - Bakı İdman Zalında keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri izləyib, həmçinin tədbirin gedişi Nazirliyin internet səhifəsi vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb.
 
"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. 522 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 258 nəfər müvəffəqiyyət qazanıb (siyahı Nazirliyin və TQDK-nın (www.tqdk.gov.az) internet səhifələrində yerləşdirilib). Bildiririk ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısını Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür. Xatırladırıq ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir. Əlavə məlumatı Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.
Milli.Az


Tags:  Ədliyyədə işləmək istəyənlər imtahan verdilər


RƏYLƏR


Top news