Azərbaycan ilə Koreya arasında dostluq əlaqələri möhkəmlənir

20:58 19 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) Azərbaycan ilə Koreya arasındakı dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə birgə illik seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, seminarda KOICA-nın Azərbaycan nümayəndəliyinin direktoru Choi Yonjae bildirib ki, KOICA məzunlarının əksəriyyətinin iştirak etdiyi bu tədbirin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox böyük məna kəsb edib. O, 1991–ci ildən başlayaraq Koreyanın öz təcrübəsinə, inkişaf nəzəriyyəsi və texniki nou-hausunun bölüşməsinə əsaslanan KOICA təlim proqramlarının inkişaf etməkdə olan ölkələrin inkişaf potensialının təkmilləşdirilməsində böyük rol oynadığını vurğulayıb. Bugünədək 500-dən çox azərbaycanlı rəsmi və dövlət qulluqçusu potensialın artırılması üzrə KOICA təlimlərinə dəvət edilib və təlim proqramı bitdikdən sonra təlim iştirakçıları KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasına qoşulublar.
Digər çıxış edənlər də Azərbaycanda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə dəstək olduğu üçün Koreya hökumətinə öz minnətdarlıqlarını bildirib, KOICA məzunları arasında şəbəkənin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə KOAZ-ın fəaliyyəti və KOICA məzunlarının Koreyada təlimlərini əks etdirən videoçarx nümayiş olunub.
Seminarda, həmçinin KOAZ-ın strukturu barədə müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Koreya_arasinda_dostluq_elaqeleri_mohkemlenir-912767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR