Rusiya ordusunun Suriyada verdiyi itkilər (FOTO)

Rusiya ordusunun Suriyada verdiyi itkilər (FOTO)
01:31 20 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ordusu oktyabr ayında Suriyada doqquz əsgərini itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə “The Wall Street Journal” xəbər verib. Nəşrin məlumatına görə, doqquz rusiyalı muzdlusunun həlak olması barədə xəbər üç mötəbər mənbədən təsdiqlənib.

Həlak olan rusların OSM adlı bağlı hərbi qrupun üzvü olduğu qeyd olunur. Xüsusi təyinatlı qrup Ukraynanın Donetsk ərazisində hərbi əməliyyatlarda iştirak edib. Rusiyanın Suriyada başladığı əməliyyatlardan sonra rus əsgərlərinin öldürülməsinə dair xəbərlər gəlsə də indiyə qədər həmin əsgərlərin ölüm xəbəri haqda rəsmi məlumat verilmir.



Yalnız Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də texniki mütəxəssis olaraq Suriyada qulluq edən Vadim Kostenkonun ölümünü təsdiqləyib. Nazirliyin məlumatına görə, Vadim ”Hmeymim” aviabazasında intihar edib. “Əsgərin telefonundakı mesajların öyrənilməsi nəticəsində məlum olub ki, intihara səbəb şəxsi həyatında baş verən problemlər olub”, - deyə nazirlik bildirilib.


Vadim Kostenko

Lakin Vadim Kostenkonun valideynləri oğullarının intihar etməsinə inanmadıqlarını bildiriblər. Əsgərin anası Svetlana Kostenko intihar versiyasına heç vaxt inanmayacağını bildirərək qeyd edib ki, oğlunun öldüyü gün onunla telefonla danışıb: "Biz hər gün onunla danışırdıq. Vadim məmnun idi və gülürdü. Bizə deyildi ki, o, qıza görə özünü asıb. Vadim heç vaxt bunu etməzdi, oğlumu çox yaxşı tanıyıram.”


Suriya xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR