Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsraildə yəhudilərə hücum: yaralılar var

İsraildə yəhudilərə hücum: yaralılar var

Date: 20 December 2015 08:01

İsrailin mərkəzi bölgəsində yerləşən Ranana şəhərində fələstinli bir kişi bıçaqla hücum edərək, biri ağır olmaqla 3 nəfəri yaralayıb.

ANS PRESS-in məlumatına görə, İsrail polisi xəbər verir ki, hücumu həyata keçirən 20 yaşlı gənc təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib və həbs olunub.

Hərbçiləri odlu silahla onu yaralayıb. Fələstinli gəncin yəhudilərin müqəddəs saydığı şabat günündə hücum həyata keçirməsi İsrailin asayış keşikçiləri üçün gözlənilməz olub.

Zərərçənlərdən biri qarın nayihəsindən ağır bıçaq yarası alıb, digər zərərçəkənlər - 2 qadının yüngül xəsarət aldığı bildirilir. 3 ay davam edən fələstinli-yəhudi zorakılıq dalğası fonundan bu son belə insidentdir.

Radikal fələstinlilər az qala hər gün İsrail hərbçilərin və vətəndaşlarına qarşı soyuq silahla hücumlar təşkil edir. Hücumlar nəticəsində 20 yəhudi həlak olub, fələstin tərəfindən isə 116 nəfər öldürülüb, onlardan 79-u hücumlar həyata keçirən zaman qalanları isə İsrail qüvvələri ilə toqquşmalar zamanı İsrail hərbçiləri tərəfindən öldürülənlərdir.

Tags:  İsraildə yəhudilərə hücum yaralılar var


RƏYLƏR


Top news