Tehran rəhbərliyi şənbə günü havanın çirklənməsinin son həddə çatması səbəbindən bazar günü məktəblərin bağlanması haqqında qərar qəbul edib.
Report xəbər verir ki, bu barədə "Press TV" telekanalının məlumatında bildirilir.
"Tehranda havanın çirklənməsi həyəcanlı səviyyəyə çatıb ki, bu da hakimiyyəti məktəbləri bağlamağa məcbur edib", - deyə məlumatda bildirilir.
Şənbə və bazar İranda iş günləri hesab olunur.
Əhalisi 14 milyon olan meqapolis qatı boz tüstüyə bürünüb, yollarda görüntü azalıb.
Milli.Az