Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı"

"Ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı"

Date: 20 December 2015 13:17

Topaz Premyer Liqasında XVIII tura start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ" doğma meydanda "Qəbələ" ilə 1:1 bərabərə qalıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") matçdan sonra ev sahibi komandanın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana oyunla bağlı sualları cavablandırıb:

- İlin son oyunu haqda nə deyə bilərsiz?

- Oyun ərzində hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Rəqib bundan erkən istifadə etdi. Biz isə bu qədər fürsətin hamısından yararlana bilmədik, sağa-sola xərclədik. Amma gec də olsa, bərabərlik qolunu vura bildik. Bir trəfdən məğlub olmadığımıza görə sevinirik, digər yandan təəssüflənirik ki, qələbə qazana biləcəyimiz oyunu əldən verdik.

- Sizcə, nəticə ədalətli oldu?

- Layiqli nəticə bizim qələbəmiz olmalı idi. Amma matçın əvvəlində yenik duruma düşdüyümüzü nəzərə alsaq, şikayətlənməyə dəyməz.

- "Qarabağ"ın son oyunlarda qələbə qazana bilməməsinin səbəbi nədir?

- Konkret səbəb deyə bilmərəm. Ola bilsin, ilin sonuna yaxınlaşdığımız üçün futbolçularda yorğunluq var. Qələbə qazana bilməməyimiz də bundan qaynaqlana bilər.

- Epizodların birində İlqarın zərbə endirməyinizə mane olduğunu gördük. Sonra isə sanki aranızda narazılıq yarandı...

- Həmin epizod zamanı onun nə etmək istədiyini başa düşmədim. Niyyətim ona mane olmaq da deyildi. Amma aramızda narazılığın olması ilə bağlı sual verməyin yeri yoxdu. Konkret İlqarın orada olduğunu görmədim.

- Çempionatın ikinci dövrəsi başa çatdı. Fasiləyə qədərki dönəmi necə dəyərləndirirsən?

- Liderik. Buna görə müsbət dəyərləndirirəm. İkinci pillədəki komanda ilə aramızda 8 xallıq fərq var.

- Azarkeşlər üçün oyuna marağı artıram məqamlardan biri də hər iki komandanın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi ilə bağlı idi. Bu amil futbolçuların özləri üçün necə, əhəmiyyət kəsb edirdimi?

- "Qəbələ"nin asan yeniləcək komanda olmadığını və cari mövsümdə əsas rəqibimiz hesab edildiyini bilirdik. Onlar da hücum etməyi bacarırlar, müdafiədə "yatmağı" sevmirlər. Gücünə bələd etdiyimiz rəqiblərdəndi.

- Sıx qrafiklə oynadığınıza görə, istirahətə ən çox ehtiyacı olan komanda "Qarabağ"dı. Bu oyunu səbirsizliklə gözlədiyinizi düşünmək olarmı?

- İyulun 8-də etibarən oyunlarımız başlayıb və sıx qrafiklə çıxış edirik. Psixoloji baxımdan dincəlməyə, ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı. Yaxşı dincəlib, liqanın qış fasiləsinə hazır olmalıyıq.

- Komanda yoldaşın Riçard Almeyda Azərbaycanda ilin ən yaxşı legioneri seçildi. Onu təbrik etdinizmi?

- O, buna layiq idi. Təbrik etdik. Riçard yaxşı futboçudu.

- Reynaldo üçün necə, darıxırsız?

- Reynaldo komanda üçün vacib oyunçudu. Qış fasiləsindən sonra ona çox ehtiyacımız olacaq.

Milli.Az


Tags:  Ailəmizlə birgə vaxt keçirməyə ehtiyacımız vardı

RƏYLƏR


Top news