Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qırğızıstanın televiziya kanallarında ulu öndər Heydər Əliyev haqqında sənədli filmlər nümayiş etdirilib

Date: 20 December 2015 13:18


Bişkek, 20 dekabr, AZƏRTAC 
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin İctimai Televiziya və Radio Verilişləri Korporasiyasının (KTRK) kanalında tanınmış jurnalist Mixail Qusmanın Heydər Əliyev haqqında çəkdiyi “Formula vlasti” sənədli filmi nümayiş etdirilib.
Filmdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında ətraflı söhbət açılır. Ekran əsərində Azərbaycanın müstəqilliyinin bərpasından sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olması və digər sahələrdə misilsiz xidmətləri diqqətə çatdırılır.
Ulu öndər Heydər Əliyev haqqında çəkilən filmlər bundan əvvəl Qırğızıstanın “Piramida”, “TV5” kanallarında da nümayiş olunub, mətbuatda geniş materiallar dərc edilib.
Səfirlik ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qırğızıstanda akkreditə olunan diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara da məlumatlar toplusu göndərib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Tags:  Qırğızıstanın televiziya kanallarında ulu öndər Heydər Əliyev haqqında sənədli filmlər nümayiş etdirilib


RƏYLƏR


Top news