"Oğluma vaxt ayıra bilmədiyim üçün özümü bağışlaya bilmirəm" - FOTO

"Oğluma vaxt ayıra bilmədiyim üçün özümü bağışlaya bilmirəm" - FOTO
13:27 20 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyevlə müsahibə üçün ofisində görüşdük. İlk olaraq xalq artisti bizi otağı ilə tanış etdi. Qədim suvenirlər,  içki kolleksiyası, mükafatlar və hədiyyələrlə dolu otaqdan danışan sənətkar burada rahatlıq tapdığını bildirdi: "Bura mənim kiçik ofisimdir. Özəl əşyalarımı burada saxlayıram. Qədim suvenirləri yığmağı çox sevirəm. Otaqda gördüyünüz əşyaları ya almışam, ya da hədiyyə ediblər. İçki kolleksiyam olsa da, içki içmirəm. Sadəcə, toplayıram.. hazırda işləmirəm, təqaüddəyəm. Artıq çəkilişlərə çox getmirəm, mənim danışan vaxtım deyil. İşimi görmüşəm, burada istirahət edirəm". 

Milli.Az A.Quliyevin musavat.com-a müsahibəsini təqdim edir.

-  42 ildir ki, sənətdəsiniz. Sizi xalqa hansı xüsusiyyətləriniz sevdirdi?

- Sənətkarı xalqa səmimiliyi sevdirir. Tamaşaçılarıma qarşı sadə olmuşam,  özümü dartmadan, öymədən, qarşımdakından üstün tutmadan  təqdim etmişəm. Mən lovğalanan adam deyiləm. Hələ də özümdən razı deyiləm, daim səmimiyyət göstərməyə, ünsiyyət qurmağa  çalışmışam. 42 il sənətdə olmuşam. İndi prezident təqaüdçüsüyəm, xalq artistiyəm. Qızıl Dərviş Mükafatı, Humay Mükafatı, Zirvə Mükafatı, o vaxtlar Komsomol, indi Gənclər Mükafatına layiq görülmüşəm. Həmişə düşünürəm ki, nə qazanmışamsa, tamaşaçıların hesabına olub. Mən onların qarşısında baş əyirəm.  Tamaşaçı məni sevməsəydi, gözəl adlara layiq görülməzdim. Biz  camaatın çörəyini yeyirik, toylara gedirik. Xalq bizi sevməsə, məclisinə dəvət etməz.

- Bu qədər xalq sevgisi qazanan Arif bəyin itirdikləri nələr olub?

-  Sənətdə olan insanlar çox şey itirir. Tamaşada, qastrollarda olursan. Vaxt ayıra bilmədiyin üçün dost itirirsən. Ailənə fikir verə bilmirsən, münasibətlər zəifləyir. Gərək ailə ilə sənət arasındakı münasibətləri tarazlayasan. Oğluma çox vaxt ayırmadım, ona fikir vermədim deyə pis uşaqlara qoşuldu, məhbus oldu, buraxıldı, sonra xəstəlik tapdı, rəhmətə getdi. Onu itirməyin səhvini özümdə görürəm. Oğluma vaxt ayıra bilmədiyim üçün özümü bağışlaya bilmirəm. Qastrollara,  tamaşalara çox vaxt ayırdım, uşağa nəzarət edə bilmədim. Oğluma az nəzarət etdiyim üçün onu itirdim. Həyatda ən böyük itkim oğlumdur.
- Çətinliklərlə dolu həyat yaşamısınız. İnsanları güldürmək sizin üçün nə qədər çətin olub? 
- Bütün çətinlikləri Allahın qisməti olaraq qəbul etmişəm. Dünən çətinliklər görməsəydim, bu günün qədrini bilməzdim. Hər zaman dünəni unutmayıb, bu günə qiymət verib, gələcəyə açıq zehinlə yanaşmışam. Ağır günlər yaşamasaydım, bu gün Arif olmazdım. Miskinli, ağrılı, valideynsiz günləri gördüyüm üçün sənətdə uğur qazanmağa çalışmışam, istəmişəm ki, insanların üzünü güldürüm.  Aktyorluğu canımda hiss etdiyim üçün bu sənətə marağım artıb. Aktyorluq  gərək insanın canında, qanında, ritmində, özündə və sözündə olsun. Mən xoşbəxtəm ki, insanların ürəyinə sevgi, gülüş, səmimiyyət toxumu səpirəm.
Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Nüsrət Kəsəmənlinin bu şeirini çox sevirəm. Mən də insanların ürəyindən qəmi, kədəri, ayrılığı oğurlayıb, yerinə gülüş toxumu əkmək istəyirəm. 

- İnsanları güldürmək asandır, yoxsa ağlatmaq?

- Hər insan özünəməxsus keyfiyyət və xüsusiyyətlərə malikdir. İnsanları güldürmək çətindir. Çünki insanı düşündürməlisən. Nümayiş etdirdiyin hadisəyə onlar inanmalıdır. Mənalı söz danışmalısan ki, həqiqi gülüş olsun. İnsanı ağlatmaq asandır ağlamalı hadisə danışaram hamı kədərlənər. 
Mən gənc olanda yataqxanada qalırdım, hamı getmişdi, mənim evim olmadığı üçün orada qalmışdım. Oturub televizora baxırdım. Orada balıqçılar balıq tuturdular, mənim də  könlüm balıq istədi, acmışdım, yeməyə heç nə yox idi. Axşamçağı idi. Düşündüm ki, vağzala gedib yük daşıyıb pul qazanım və yemək alım. Axşam 22:30-da Gəncədən gələn qatar Bakıya çatırdı. Yasamaldan vağzala kimi piyada getdim. 6-cı vaqondan bir qadın məni çağırdı. Dedi ki, 10-15 yeşiyi daşı. Yeşikləri daşıyanda biri əlimdən düşüb partladı. Yeşiyin yarığından balıqlar göründü. Düşündüm ki, bu qadın mənə az pul verəcək, mən o pula balıq ala bilmərəm. Yeşiyin birini götürüb qaçdım. Vağzaldan Yasamala kimi piyada qaça-qaça gəldim. Qabım da, yağım da yox idi.  Tapdığım köhnə vedrədə balığı qaynadıb çörəksiz yedim...
Başımıza gələn bu cür kədərli hadisələri danışsaq, tamaşaçını asanlıqla ağlada bilərik. Gülüş isə islahedici və tərbiyələndiricidir.
Gülüş var ki, itidir sanki bir qılınc qədər
Gülüş var ki,  həyatda hər nə istəsən edər.
Gülüş var ki, insanlar onunla qiymət alır
Gülüş var ki, onunla özünü gözdən salır.
Gülüşün də norması, qədər var.  Çox gülüş lağlağıya çevrilir və münasibətləri pozur. Güldürməyin düşündürmək qədər fəlsəfi anlayışı olmalıdır.

- Arif Quliyev kimlərə gülür?

- Həmişə Yaşar Nurinin obrazlarına gülmüşəm. İndi də baxanda gülürəm. Hacıbaba Bağırov, Siyavuş Aslanı daim izləmişəm. Mənim üçün Nəsibə Zeynalovanın sənəti mayak olub, ondan  bəhrələnmişəm. Onlar təbii ifaları ilə insanların ürəyinə yol tapıblar.

- Hazırkı yumoristlərdən kimləri bəyənirsiniz?

- Cabir və Tahir İmanovları bəyənirəm. KVN teatrının  əsasını qoyublar, öz ətraflarına istedadlı və dəyərli aktyor nəsli toplayıblar. Onlar intellektual mənası olan tamaşalar göstəriblər, insanların problemlərini nümayiş etdiriblər. "Bu şəhərdə" Coşqun və  Rafael artıq insanları özlərinə cəlb edə biliblər. Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev və Elməddin Cəfərov öz istedadının işığında parlayan aktyorlardandır. Teatrlarımızda da istedadlı gənc aktyorlar var, onların tamaşalarına getmək lazımdır.

- Bəzən yumoristlər hər hansı problemi tamaşalarında canlandırdıqları üçün təzyiqlərə məruz qalırlar. Sizin başınıza belə bir hadisə gəlib?

- Mənə heç vaxt təzyiq olmayıb. Hər şeyin əndazəsi var. Əndazədən çıxanda insanlara xoş gəlmir. Bir müğənnini, məmuru eybəcər hala salsan, əlbəttə o etiraz edəcək. İnsanı parodiya etmək olar, lakin onu karikaturaya çevirmək olmaz. Bəzən saytlar, qəzetlər yalan məlumat yayır. Biri yazır ki, Arif Quliyev bir qızla metroda qol-qola gedirdi: "Mənbənin verdiyi məlumata görə, o qızla Arif 6 aydır ki, görüşür..." O yazar mənbəsiz, yalan məlumat yayır. Əgər  mənbən varsa, adını açıqla. İki dəfə mənim rəhmətə getdiyimi yazıblar. Mənə zəng edib dedilər ki, Arif bəy  deyirlər ölmüsünüz. O xəbəri yazanı tapıb, danladım. İndi qərar çıxıb ki, mənbəni ya açıqla, ya yalan məlumat yayma. Yalan məlumat yazanlar cəzalanacaq. Hədəfli tənqiddə yumorist müqavimətə rast gələ bilər. Gülüşün də, satiranın da, deyimin də yerini bilmək lazımdır. Gərək elə edəsən ki, nə şiş, nə də kabab yansın. Hər şeyi səhnədə göstərmək  olmaz. 

- Maddi durumunuz necədir?

- Bu sənətə gələn bilməlidir ki, gəliri az olacaq. İncəsənət qurban tələb edir. Əsl sənəti sevən insan işin maddi tərəfini düşünmür, insanların sevgisini qazanmağa çalışır. Heç vaxt maddiyyat düşünməmişəm. Qazandığım xalq sevgisi mənim çörəyim-suyumdur.  Sənəti özündə sevmək lazımdır. Mən prezident təqaüdçüsüyəm. Xalq artisti adına görə pulumu da, təqaüdümü də alıram.  El şənliklərinə gedirəm. Mən qiymət demirəm. Bəzən deyirlər ki, qiyməti 3-5 mindir. İnsanın qiyməti olmaz.

-  İki il öncə bir qadın efirə çıxmışdı ki, ananızdır. Həqiqətən valideynləriniz gəlsəydi, qəbul edərdinizmi?

- Valideynlərimi hər an qəbul etməyə hazıram. Onları erkən yaşda itirmişəm, naməlum bir adam məni uşaq evinə qoyub, internat məktəbində oxumuşam.  19-cu "anam"  Sabirabaddan gəlmişdi, qanımızı yoxladılar, düz gəlmədi. Valideynim olduğunu deyən hər kəsin ayağına gedib gəlmişəm. Demişəm ki, onu ana kimi qəbul edirəm. İrandan bir oğlan gəlmişdi. Dedi ki, qardaşıq. Atamız   bazarda iki nəfər dalaşanda davaya girişib və güllə dəydiyi üçün rəhmətə gedib. Səni də xalam Bakıya gətirib uşaq evinə qoydu.  Dedim ki, mənə sənəd göstər.
O, solmuş, saralmış bir dağ kimidir, 
Beli də bükülüb, yumaq kimidir, 
Çətinə düşdümmü onu anıram,
 Anıram, sanıram, qanadlanıram. 
O mənim arxamda bir dağ kimidir.
Həqiqi valideynlərim gəlsə, qəbul edərəm, sevinərəm.  Hər yaşda insana valideynlər dayaqdır. Hazırda 65 yaşım var. Çətin ki, bundan belə valideynlərim sağ olsun.

- Arzusunda olub, oynaya bilmədiyiniz obraz varmı?

- Mən iddialı adam deyiləm. Hansı rolu veriblərsə, oynamışam, böyük rol üçün dalaşmamışam. Böyük rollardan qaçmışam. Mənə verilən obrazların hamısına övladım kimi baxmışam, onları sevə-sevə çatdırmışam.  Rollarımı övladım kimi sevmişəm. Oynadığım obrazların çəkisini, dəyərini, yerini, mənasını düzgün ünvana çatdırım.

Milli.Az




OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Hörümçək zəhəri iflic müalicəsində istifadə edilə bilər

30 Mart 2017 22:52

"Əgər ora zərbə endirilərsə, Ermənistan hansı faciələri yaşayacaq?" - polkovnik Şair Ramaldanov

30 Mart 2017 22:52

Sabiq prezident tutuldu

30 Mart 2017 22:49

Trampdan TƏHDİD: “Kreslolarınızı əlinizdən alacağam”

30 Mart 2017 22:48

Mübarək Rəcəb ayı haqqında

30 Mart 2017 22:47

70 minə satışa çıxarılan 64 illik maşın - "Atama görə almışdım" - FOTO

30 Mart 2017 22:47

Namazda “hüzuri-qəlb” (qəlbin iştirakı) halının mənası nədir?

30 Mart 2017 22:47

Toyota 3 milyon avtomobilini geri çağırır

30 Mart 2017 22:47

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

30 Mart 2017 22:37

Azərbaycanda nə qədər erməni yaşayır?

30 Mart 2017 22:35

Nobel mükafatçısı vəfat etdi

30 Mart 2017 22:33

Damında bağ olan ev - FOTO

30 Mart 2017 22:32

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

30 Mart 2017 22:27

"Qarabağ"dan "Neftçi"yə "yubley hədiyyəsi" - FOTO/VİDEO

30 Mart 2017 22:27

Ankara Gülənin müvəqqəti həbsinigözləyir

30 Mart 2017 22:22

Emosional və zərif varlıqlar

30 Mart 2017 22:22

Ərdoğan: “Ya təslim olacaqlar, ya da...” - VİDEO

30 Mart 2017 22:18

Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

30 Mart 2017 22:17

“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

30 Mart 2017 22:17

"Qarabağ" "Neftçi"yə şans vermədi -

30 Mart 2017 22:15

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

30 Mart 2017 22:12

Mərdlik və alicənablığın 6 nişanəsi

30 Mart 2017 22:12

Ankara Vaşinqtondan Gülənin həbsini gözləyir

30 Mart 2017 22:09

"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

30 Mart 2017 22:07

Millimiz Moldovaya yenə qalib gəldi

30 Mart 2017 22:07

Çeçenistanda döyüşlər: ölənlər var

30 Mart 2017 22:05

Cazibədar Brianna Mayamidə - FOTO

30 Mart 2017 22:05

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

30 Mart 2017 22:05

Doğma bacısı Sevinc Osmanqızıdan üz döndərdi

30 Mart 2017 22:05

Göy-göyərti doğramaq üçün aldığı bıçaqla dostunun qardaşını öldürdü - CİNAYƏT

30 Mart 2017 22:03

"Meydan TV"-nin təxribatına cavab

30 Mart 2017 21:57

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:57

Qurban Qurbanov Volkan Dəmirəlin transferindən danışdı

30 Mart 2017 21:57

Ermənistanda parlament seçkilərinə üsyan

30 Mart 2017 21:57

Qəbələdə 41 yaşlı qadın özünü asdı

30 Mart 2017 21:52

Tanınmış aktrisa kurorta yollandı - FOTO

30 Mart 2017 21:52

Sabirabad sakinindən narkotik vasitə götürüldü

30 Mart 2017 21:52

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30 Mart 2017 21:47

Braziliyalı gözəl Mayamidə - FOTO

30 Mart 2017 21:47

İsraildən növbəti həbs dalğası:

30 Mart 2017 21:46

123 min dollarlıq məktub

30 Mart 2017 21:43

Metroda nə vaxt öpüşmək olar?

30 Mart 2017 21:42

Sabirabad sakini narkotiklə yenidən tutuldu

30 Mart 2017 21:39

Bakıda 28 mindən artıq "birinci sinif sorğusu" var

30 Mart 2017 21:37

Tarixin ən əxlaqsız doqquz qadını - FOTO

30 Mart 2017 21:37

Qəbələdə intihar

30 Mart 2017 21:34

Rus gözəl çempionatın simasıdır - FOTO

30 Mart 2017 21:32

İŞİD-in baş ideoloqu öldürüldü

30 Mart 2017 21:28

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

30 Mart 2017 21:27

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz

30 Mart 2017 21:27