Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bizdə dil bilməmək qəbahət deyil”

“Bizdə dil bilməmək qəbahət deyil”

Date: 20 December 2015 17:22

Bəyəm Qənirə Ermənisanda, Yerevanda bəziləri kimi ermənilərlə rəqs edib, konyak icib özünü itirib?"

ANS-in ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin mətbuat katibinə ünvanladığı sual ətrafında istər sosial şəbəkələrdə, istərsə bəzi saytlarda ciddi müzakirələr aparılıb. Buna səbəb Q.Ataşovanın ingilis dilində öz fikrini ifadə etməyə çətinlik çəkməsi, dili mükəmməl bilmədiyi üçün müsahibinin rişxəndli reaksiyasına tuş gəlməsi olub. 

Artıq ANS rəhbərliyi bu mövzu ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Amma müzakirə davam etdiyi üçün bura qoşulan tanınmış simalar da var. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bunlardan biri də ANS-in əməkdaşı, aparıcısı, eyni zamanda vitse prezident Mirşahin Ağayevin həyat yoldaşı Səbinə Ağayeva Heydərovadır. O, sosial şəbəkədəki statusunda bu mövzuya münasibətini belə açıqlayıb: 

"Bəziləri yazır ki, "ay gülməkdən öldüm, nəfəsim kəsildi Qənirənin sualına qulaq asanda" Niyə gülməkdən öldüz??? Bəyəm Qənirə Ermənisanda, Yerevanda bəziləri kimi ermənilərlə rəqs edib, konyak icib özünü itirib??? Yoxsa azərbaycanlı xanıma yaraşmayan tərzdə ədəbsiz nəsə hərəkət edib??? Bu dili bilən biri kimi şəxsən mənim gülməkdən nə ürəyim getdi, nə də öldüm. Qənirə Dağlıq Qarabağla bağlı sual verir. Departament rəsmisi sualı çox qəşəng anladı. Sadəcə, onlara bu barədə danışmaq sərf etmir. Amerikan biri olmayan hər kəsdə ingilis dilində danışanda müəyyən ləhcələr olur. Amma insanın üstünə bu qədər getmək nə dərəcədə düzdür?

Bəyəm Qənirənin verdiyi sualla Qarabağı yenidən itirdik??? Yoxsa Xəzərdə hələ də meyidləri tapılmayan 23 neftçinin meyidini yenidən dənizə atdıq? Qənirə azərbaycanlıdı, Sizdən, bizdən biri. Sizi və məni kimi o da xanımdır. Sadəcə, xanımların bir-biri haqda bu cür yazıları çox utancvericidi. Hətta qarşınızdakı ingilis dilini bilməsə belə. Şəxsən bizdə dil bilməmək qəbahət deyil. Təki insani keyfiyyətlərimizi itirməyək". 

Milli.Az


Tags:  Bizdə dil bilməmək qəbahət deyil


RƏYLƏR


Top news