Göyçayda avtomobil hasara çırpıldı, yaralı var - FOTO

Göyçayda avtomobil hasara çırpıldı, yaralı var - FOTO
20:12 20 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay şəhərində avtomobil qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.
 
Rayonun Bığır kənd sakini Bədirov Əflatun Bədrəddin oğlu 23-BG-505 dövlət nömrə nişanlı "VAZ 2108" markalı minik avtomobili ilə idarəetməni itirərək yolun kənarındakı hasara və ağaca çırpıb.
 
Hadisə zamanı "VAZ 2108" markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da hasar dağılıb, küçənin içməli su borusu qırılıb, avtomobil yarasız hala düşüb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR