AZAL və "İnter" komandaları qış tətilinə qələbə ilə yollanıblar

AZAL və "İnter" komandaları qış tətilinə qələbə ilə yollanıblar
20:33 20 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, Elşad Qəzvini, AZƏRTAC 
Dekabrın 20-də Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk iki dövrəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçı AZAL-la “Zirə” arasında oynanılıb. Qarşılaşma AZAL-ın “Zirə” üzərində minimal hesablı qələbəsi ilə başa çatıb-1:0. Hesabına 22 xal yazdıran AZAL üçün bu qələbə nəticə olaraq turnir cədvəlindəki mövqeyinı dəyişməyib. Oyundan xalsız ayrılan və aktivində 29 xalı olan “Zirə” isə qış fasiləsinə üçünçü pillədə yollanıb.
Turun və həm də ilin son oyunu “İnter Arena”da keçirilib. Meydan sahibləri “İnter” - “Xəzər Lənkəran”ı qəbul edib. Qış fasiləsinə ilk üçlükdə yollanmağı hədəfləyən paytaxt təmsilçisi dövrəni qələbə ilə yekunlaşdırıb. “İnter” rəqibini iki cavabsız qolla məğlub edib-2:0.
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran “İnter” turnir cədvəlinin ikinci sırasında mövqeyini möhkəmləndirib. Son yeddi matçda qola və xala həsrət qalan Yunis Hüseynovun komandası isə 12 xalla fasiləyə doqquzuncu pillədə yollanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_ve__quotInter_quot_komandalari_qis_tetiline_qelebe_ile_yollaniblar-912823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR