Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmazda köhnə kinoteatr binası tezliklə yenidən istifadəyə veriləcək

Xaçmazda köhnə kinoteatr binası tezliklə yenidən istifadəyə veriləcək

Date: 20 December 2015 23:43


Xaçmaz, 20 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində 25 ildən artıq müddətdə fəaliyyətsiz qalan kinoteatr binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına parkda yerləşən kinoteatrın 2016-cı ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulub. Ümumi ərazisi 850 kvadratmetr olan kinoteatr binası təmir olunduqdan sonra təyinatı üzrə fəaliyyət göstərəcək. Binada 250-300 nəfərlik iclas və konsert zalı, dərnək və məşğələlərin aparılması üçün otaqlar, eləcə də qrim, iş və kompyuter otaqları mövcuddur.
Yaxın günlərdə kinoteatrın qarşısında yaşıllıq zolaqları salınacaq.
Kinoteatrda filmlər və müxtəlif səhnə əsərləri nümayiş etdiriləcək ki, bu da rayon sakinlərinin istirahətinin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradacaq.





Tags:  Xaçmazda köhnə kinoteatr binası tezliklə yenidən istifadəyə veriləcək


RƏYLƏR


Top news