Zamanın qocalda bilmədiyi eşq sultanı

Zamanın qocalda bilmədiyi eşq sultanı
23:47 20 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Osmanlının sonuncu sultanı qəza keçirdi, beli sındı (08 Aprel 2017 13:23)

Kamil insan ney kimidir. Qupquru qurumuş, sinəsi qızmar şişlə dəlik-dəlik açılmış qamışdan düzəlmiş ney onu üfürənin istədiyi səsi çıxardığı kimi, kamil insan da onu yaradanın istəyindən özgə bir səs çixarmaz. (Mövlana)

Bu gün Konyada sevgi bayramı var, coşqu var, şölən var. Könlünü Haqqa vermiş, Allahına aşiq olmuş gözəl bəndələrin ölümü dərd deyil, vüsaldır. Əsrlərdən bəri könüllərdə taxt qurmuş Mövlana Cəlaləddin Ruminin, sadəcə Mövlananın vüsal günüdür bu gün. Açın klassik ədəbiyyatımıza baxın, amma elə-belə, başdangetdi baxmayın, könül gözüylə baxın. Bütün əsərlərdə cəmi üç obraz görəcəksiniz: Can, Canan, əğyar. Can dediyin müəllif özüdür; Canan bizi yaradan uca Mövlamızdır ki, Özünü bir quluna sevdirməsi əslində o quluna ən böyük lütfüdür, mərhəmətidir.

İki sevgi var, biri dünyada başlayıb, dünyada tamamlanan, yəni fani sevgi; digəri isə dinyada başlayıb axirət yolçuluğunda belə insandan ayrılmayan sevgi, yəni baqi sevgi, ölməz sevgi. Allahı sevmək bəndə üçün ən böyük səadətdir. Çünki axirətdə hər kəs öz sevdikləri ilə birlikdə olacaq. Əgər sən Allahı sevirsənsə, bu sevginin vüsalı elə öz bətnində, öz ruhundadır. Dünyaya aid bir şeyi, bir kəsi sevirsənsə, o sevdiyinə doğru yol getməlisən, yox əgər Allahı və Onun Rəsulunu sevirsənsə, vüsal o sevginin içində gizlidir. O sevgiyə ucalanlar danışmazlar, yaşadıqlarını insandan gizli tutarlar.

Əğyar dediyinsə dünya və dünyaya aid fani olan hər şeyin ümumi adıdır. Klassik ədəbiyyatda buna masiva da deyilir, yəni insanla Allah arasına girən, əngəl olan hər cür göz aldadan sevgi.

Bəşər tarixində elə böyük zəkalar, parlaq şəxsiyyətlər var ki, yazdıqları, söylədikləri heç zaman köhnəlmir, dəyərini itirmir. Elə bil ki, ötüb keçən, keçdikcə də hər kəsi qocaldan zaman bu cür nadir insanlara toxunmur, onları gələcək nəsillərdən uzaqlaşdırmır, ayırmır.

Belə parlaq şəxsiyyətlərdən biri, heç şübhəsiz, şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumidir. XIII əsrdə yaşamış bu böyük fikir adamının əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur. 700 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın əsərləri tədris edilmişdir. "Məsnəvi", "Divani-kəbir" (böyük divan), "Yeddi məclis", "Məktubat" əsərləri dünya ədəbiyyatının inciləri sırasında yer almaqdadır. Bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində doğulan, amma həyatının ən parlaq dövrünü Anadoludakı Konya şəhərində yaşayan Mövlana əsərlərini o dövrün ənənələrinə uyğun olaraq fars dilində yazmışdır. Mövlana düşüncəsinin mərkəzində Allahın yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi durur. İnsanlar onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri, xüsusilə də "Məsnəvi" çox ibrətli, insana gerçəyi anladan misallarla doludur.

Mövlana insanlara çox şey öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O, bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə üzvləri kədərlənib ağladığı halda, Mövlana özü fərəhlə "Allaha qovuşuram. Rəsulullaha qovuşuram" söyləmişdir. Ona görə də hər il Mövlananın ölüm günündə, yəni dekabrın 17-də dünyanın müxtəlif yerlərindən Konya şəhərinə toplaşan minlərlə insan bu böyük şəxsiyyətin anma mərasiminə, "Şəbi-Ərus", yəni vüsal gecəsi məclisinə qatılır.
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Oğurluq edən ağdaşlı əsgəri ov tüfəngi ilə öldürdülər

27 Aprel 2017 13:14

650 qəzalı məktəb şagirdlərinə şad xəbər: modul məktəblər - MEDİATUR

27 Aprel 2017 13:14

Sən demə, işdə yuxulamağın ƏSL SƏBƏBİ BU İMİŞ

27 Aprel 2017 13:13

Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

27 Aprel 2017 13:12

La Liqanı tərk edən ilk klub müəyyənləşdi

27 Aprel 2017 13:12

Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub

27 Aprel 2017 13:12

Gənc qız ölən dayısının evini yardı - BAKIDA - FOTO

27 Aprel 2017 13:09

İŞİD və "Taliban" yenə Əfqanıstanı qan gölünə döndərdi

27 Aprel 2017 13:08

General Elçin Quliyevin məhkəməsi başladı

27 Aprel 2017 13:04

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:03

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

27 Aprel 2017 13:02

Almaniya kansleri Türkiyəni hədələdi

27 Aprel 2017 12:59

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 12:58

Lerik sakinləri nazirdən ikinci “Uzunömürlülər festivalı”nın keçirilməsini istəyiblər

27 Aprel 2017 12:57

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57

Keçmiş MTN-in daha bir generalının məhkəməsi başlayıb

27 Aprel 2017 12:57

Azərbaycanlı bu qızların görüntülərini hamı izləyir

27 Aprel 2017 12:55

Azərbaycanda sulu qəlyan qadağan olunur

27 Aprel 2017 12:53

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

27 Aprel 2017 12:52

İdman telekanalı 100 işçisini qovdu

27 Aprel 2017 12:52

Deputat: "Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?"

27 Aprel 2017 12:52

Bahar Muradova: “Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsi qadağan edilməlidir”

27 Aprel 2017 12:52

Sulu qəlyandan istifadə qadağan edilir - AZƏRBAYCANDA

27 Aprel 2017 12:49

73 yaşında idmana başlayacaq - FOTOLAR

27 Aprel 2017 12:48

Siqaret çəkmədən zəhərlənən insanlarımız - STATİSTİKA AÇIQLANDI

27 Aprel 2017 12:47

Bakı-Tbilsi-Qars dəmir yolu Azərbaycan üzərindən yük tranzitini xeyli artıracaq

27 Aprel 2017 12:47

İmişlidə yol qəzası: 4 yaralı - SİYAHI - FOTO

27 Aprel 2017 12:47

Sabahın HAVAsı

27 Aprel 2017 12:47

Azərbaycanda bəzi saytların bloklanması bağlı məhkəmə təxirə düşdü

27 Aprel 2017 12:44

İsrail Suriyanı bombaladı

27 Aprel 2017 12:44

56 yaşlı abituriyent imtahan verəcək

27 Aprel 2017 12:43

Fazil Məmmədov keçmiş idarə rəisini özünə müşavir təyin edib

27 Aprel 2017 12:42

Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

27 Aprel 2017 12:42

"Terminator"un oğlu anasının yanına döndü - FOTO

27 Aprel 2017 12:42

Novxanıda bağın həyətindən xeyli silah-sursat tapıldı

27 Aprel 2017 12:39

Sabah 25 dərəcə isti olacaq

27 Aprel 2017 12:38

Hərbi ekspert: “Rusiyadan alınan hücum silahları Azərbaycan ordusunu daha da gücləndirir”

27 Aprel 2017 12:37

“Dəmirbank”dan “Az-Granata”ya transfer olub

27 Aprel 2017 12:37

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

27 Aprel 2017 12:37

Ulduz şahmatçılar Şəmkirdə seans keçirdi - FOTO

27 Aprel 2017 12:37

Dünyada çərçivəsiz displeylə təchiz edilmiş ilk təhlükəsiz smartfon təqdim edilib

27 Aprel 2017 12:35

Quran kursunda uşağı döyüb öldürdülər - DƏHŞƏT

27 Aprel 2017 12:34

Qadınların inanılmaz dəb anlayışı: qurğuşunlu dəri, kirpiksiz üz, zəhərli paltar - FOTOLAR

27 Aprel 2017 12:33

İslamiada zamanı Bakıda xüsusi zolaqlar istifadəyə veriləcək

27 Aprel 2017 12:33

Məryəm Kənanın "nişanlısı" olacaq

27 Aprel 2017 12:32

Balıqçı bacısına görə özünü asdı - LƏNKƏRANDA

27 Aprel 2017 12:32

Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək

27 Aprel 2017 12:32

Sabah temperatur 25°-yə yüksələcək

27 Aprel 2017 12:31

İlk qəbul imtahanının vaxtı açıqlandı - BU RAYONLARDA OLACAQ - SİYAHI

27 Aprel 2017 12:29

Fuad Poladov bütün sevənlərini üzdü

27 Aprel 2017 12:28