Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Noyabrda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz ucuzlaşıb

Noyabrda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz ucuzlaşıb

Date: 21 December 2015 00:28


Bakı, 21 dekabr, AZƏRTAC 
2015-ci ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 8,2 faiz, emal sənayesi üzrə 1,4 faiz ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7,1 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 2,3 faiz bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətlərində metallurgiya sənayesi üzrə 6,8 faiz, kimya sənayesi üzrə 5,8 faiz, kağız və karton istehsalı üzrə 0,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz ucuzlaşma, tikinti materiallarının istehsalı üzrə 2,2 faiz, içki istehsalı üzrə 1,2 faiz bahalaşma qeydə alınıb.
Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Tags:  Noyabrda mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri faiz ucuzlaşıb


RƏYLƏR


Top news