İxrac məhsullarına subsidiya ayrılmayacaq

İxrac məhsullarına subsidiya ayrılmayacaq
03:01 21 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Ümumdünya Ticarət Təşkilatına (WTO) üzv ölkələr fermer məhsulları ticarətində tarixi razılaşmaya nail olublar.

ANS PRESS-in məlumatına görə, razılaşmaya əsasən, hökumətlərin ixrac olunan məhsullara subsidiya ayırması qadağan olunur.

Bu cür siyasət məhsulları ölkə xaricinə ixrac olunan istehsalçılar üçün xüsusi imtiyazlar - aşağı faizlə vergi mükəlləfiyəti, aşağı faizlə kredit götürməyə imkan verirdi. Lakin bu şərtlər altında daxili istehlakçılar məhsullu idxalçıdan daha baha qiymətə alırdı.

Qəbul olunan qərarlar isə, fermerlərin sərbəst rəqabət imkanlarını artıracaq.

1995-ci ildə yaradılan Ümumdünya Ticarət Təşkilatına 162 ölkə üzvdür. Kenyada keçirilən iclasda təşkilata iki yeni üzv - Əfqanıstan və Liberiya da qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR