“Qəbələ” baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb

“Qəbələ” baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb
09:53 21 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubu baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı il mövsümünün sonunda başa çatacaq 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyununda - 2016-2017-ci il mövsümünün sonunda başa çatacaq.
“Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan R.Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci il mövsümündə Premyer Liqanın bürünc mükafatını qazanıb, 2015-2016-ci il mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebele_bas_mesqchi_Roman_Qriqorchuk_ile_muqavile_muddetini_uzadib-912839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR