Volqoqrad: yaşayış binasının dağıntıları altında insanların qaldığı istisna olunmur

Volqoqrad: yaşayış binasının dağıntıları altında insanların qaldığı istisna olunmur
11:48 21 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə nümayəndəsi yaşayış binasının dağıntıları altında tapılan şəxsin partlayışın baş verdiyi mənzildə yaşadığını təsdiqləyib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, binanın dağılmış hissəsində 150 nəfərədək insan yaşayırmış. Hadisə yerində bir nəfərin cəsədi tapılıb, müxtəlif dərəcəli xəsarətlər alan 11 nəfər isə xəstəxanaya çatdırılıb. Dağıntılar altında insanların qala biləcəyi istisna olunmur.
Xatırladaq ki, dekabrın 20-də Volqoqrad şəhərinin Kosmonavtlar küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsində partlayış baş verib. Partlayış nəticəsində binanın bir hissəsi tamamilə dağılıb.
İstintaq komitəsi hadisənin qaz sızması nəticəsində baş verdiyini ehtimal edir.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Volqoqrad_yasayis_binasinin_dagintilari_altinda_insanlarin_qaldigi_istisna_olunmur-912865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR