Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"də itkin düşənlərdən biri ARDNŞ-ın vitse-prezidentinin qohumudur

"Günəşli"də itkin düşənlərdən biri ARDNŞ-ın vitse-prezidentinin qohumudur

Date: 21 December 2015 12:27

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın zamanı itkin düşənlərdən biri Azərbaycan Dövlət Neft Şirkətinin rəhbər işçilərindən birinin qohumudur.

Platformada baş verən yanğın zamanı itkin düşən Hüseynov Bəhlul Sirac oğlu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun bibisi oğludur.

İtkin düşən neftçinin yaxınlarının Trend-ə verdiyi məlumata görə, 1969-cu ildə Ağsu rayonunun Çiyni kəndində doğulan Bəhlul Hüseynov yanğın baş verən 10-cu özüldə qaynaqçı vəzifəsində çalışıb.

İtkin düşən neftçinin ailəsi hazırda Ağsu rayonunun Çiyni kəndində yaşayır. Hadisə baş verən vaxt B.Hüseynov da həmin platformada olub və itkin düşüb.

Xatırladaq ki, dekabrın 4-də "Günəli" yatağında baş verən yanğın zamanı 29 nəfər itkin düşüb. Onlardan 7 nəfərin meyiti tapılsa da, digər itkin düşən neftçilərin axtarışları davam etdirilir.

Milli.Az


Tags:  Günəşlidə itkin düşənlərdən biri ARDNŞ-ın vitse-prezidentinin qohumudur


RƏYLƏR


Top news