Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR: dənizdə tapılan kombinezonun itkin düşmüş neftçilərə məxsus olub-olmadığı araşdırılır

SOCAR: dənizdə tapılan kombinezonun itkin düşmüş neftçilərə məxsus olub-olmadığı araşdırılır

Date: 21 December 2015 14:08


Bakı, 21 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) ərazisində, dənizdə bir neftçi kombinezonu tapılıb. Hazırda həmin kombinezonun itkin düşmüş neftçilərə məxsus olub-olmadığı istiqamətində araşdırmalar aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışlarına hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri və bir dənizə enə bilən təyyarəsi cəlb olunub. FHN-in helikopter və təyyarəsi əsasən Xəzərin cənubunda axtarışlar həyata keçirir.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 4 gəmisi müxtəlif istiqamətlər üzrə, o cümlədən də 2 kateri sahilboyu ərazilərdə axtarışlar aparır. SOCAR tərəfindən “Azərbaycan Hava Yolları” QSC-dən sifariş olunan 2 hekilopter də axtarışlara cəlb olunub. Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin canlı qüvvəsi isə sahilboyu müşahidələr aparırlar.
Qeyd edilib ki, yanğının söndürülməsində hazırda 2 gəmi iştirak edir. “Boots&Coots” şirkətinin avadanlıqları artıq platformaya quraşdırılıb, onların da yanan 4 qaz quyusunun söndürülməsində iştirak etməsi istiqamətində işlər görülür.
 

Tags:  SOCAR dənizdə tapılan kombinezonun itkin düşmüş neftçilərə məxsus olub-olmadığı araşdırılır



RƏYLƏR


Top news