Bakı-Tbilisi-Qars dəmir yolunun “Maraqda-Kartsaxi” hissəsində sınaq qatarının hərəkəti uğurlu olub

Bakı-Tbilisi-Qars dəmir yolunun “Maraqda-Kartsaxi” hissəsində sınaq qatarının hərəkəti uğurlu olub
16:03 21 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun “Maraqda-Kartsaxi” hissəsində sınaq qatarı hərəkət edib. AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, sınaq qatarının bu yeni sahədə hərəkəti uğurlu olub. “Marabda-Kartsaxi dəmiryolu” MMC-də bu hadisəni “bütün layihənin uğurla başa çatdırılması yolunda növbəti addım” adlandırıblar.
Nazirliyin məlumatında deyilir: “Bakı-Tbilisi-Qars dəmiryolu həm Gürcüstan üçün, həm də bütün region üçün çox mühüm layihədir. Bu magistral böyük iqtisadi və geosiyasi funksiyalara malikdir. Magistralın işə salınması nəticəsində Asiyadan Avropaya dəmiryol xətti açılacaq”.
Sınaq qatarının yeni marşrut üzrə hərəkəti Yeni İpək Yolu üzrə hərəkət edən qatarın Tbilisiyə çatması ilə eyni vaxtda düşüb. 21 konteynerdən ibarət olan bu qatar Çindən Qazaxıstan, Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Tbilisiyə çatır.
Layihə iştirakçıları Çindən gələn qatarın təntənəli qarşılanma mərasimindən dərhal sonra “Maraqda-Ktsaxi” dəmiryol sahəsində sınaq qatarını yola salmaqla əyani şəkildə nümayiş etdiriblər ki, bu sahə və bütövlükdə Bakı-Tbilisi-Qars dəmiryol xətti yeni Asiya-Avropa marşrutunun ayrılmaz tərkib hissəsidir və Bakı limanından Türkiyəyə və Avropaya göndərilən yüklərin əsas hissəsi son məntəqəyə məhz bu yolla çatdırılacaq. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili jurnalistlərlə söhbətində deyib: “Biz hər bir konteynerin neçə yeni iş yeri yaradacağını artıq hesablamışıq”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Tbilisi_Qars_demir_yolunun_Maraqda_Kartsaxi_hissesinde_sinaq_qatarinin_hereketi_ugurlu_olub-912953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR