Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Bakı və Yerevanın Dağlıq Qarabağ üzrə konkret dialoqa başlayacağına ümid edir

Rusiya Bakı və Yerevanın Dağlıq Qarabağ üzrə konkret dialoqa başlayacağına ümid edir

Date: 21 December 2015 16:17

Rusiya Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri üzrə konkret dialoqa başlaya biləcəklərinə ümid edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

O bildirib: "Biz hamımız ümid edirik ki, tərəflər tənzimlənmənin prinsipləri üzrə konkret dialoqa başlayacaqlar".

A.Lukaşeviç qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşü münaqişənin həlli üçün əhəmiyyətli irəliləyişdir.

Milli.Az


Tags:  Rusiya Bakı Yerevanın Dağlıq Qarabağ üzrə konkret dialoqa başlayacağına ümid edir



RƏYLƏR


Top news