Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Date: 21 December 2015 16:18


Bakı, 21 dekabr, AZƏRTAC 
Dekabrın 21-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 140-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 140 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 48 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin artdığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 452, Şirvanda 327, Salyanda 295, Bankədə 221, Novruzlu məntəqəsində isə 180 santimetrdir.
 

Tags:  Kür çayının aşağı axınında suyun səviyyəsi artıb


RƏYLƏR


Top news