Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şou əhlinin manat-dollar söhbətləri: "Dəhşət, bunun sonu necə olacaq?"

Şou əhlinin manat-dollar söhbətləri: "Dəhşət, bunun sonu necə olacaq?"

Date: 21 December 2015 16:57

Bu gün səhərdən manatın dollara nisbətən enməsinə onlar da öz fikirlərini bildirdilər.

Milli.Az xəbər verir ki, bu gün səhərdən etibarən, rəsmi məzənnələr bülleteninə əsasən, dolların məzənnəsi dəyişərək 1,55 manat təşkil edib. 

Əksəriyyət əhali kimi şou-biznes nümayəndələri də öz səhifələrində bu barədə qısa da olsa, öz fikirlərini bildiriblər. Tanınmış simaların yazdıqları şərhləri sizə təqdim edirik: 

Aktyor-yumorist Fərda Xudaverdiyev yeni işıq üzü görən "Oğlan evi" filmindən bir fraqment paylaşaraq: "Möhkəm olun, görək neynirik", - yazıb.

Əməkdar artist Abbas Bağırov: "Çox dəhşət, bunun sonu necə olacaq?"

Aparıcı-aktyor İlkin Həsəni: "Bağışla, manat, qoruya bilmədik səni".

Müğənni Xatun Əliyeva: "Vay kasıbın halına". 

Prodüser Tolik isə məzənnəyə uyğun xəbəri paylaşaraq: "Sabahınız xeyir olsun. Bu da həftənin xəbəri, dollar vurub kəllə-çarxa. İndi yazıq bankda dollar borcu olanlar bir də şok keçirəcəklər", - şərhini yazıb. 

Cavan

Milli.Az


Tags:  Şou əhlinin manat-dollar söhbətləri Dəhşət bunun sonu olacaq


RƏYLƏR


Top news