Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azercell”in dəstəyi ilə “MilliNet” müsabiqəsinin qalibləri elan olunub

“Azercell”in dəstəyi ilə “MilliNet” müsabiqəsinin qalibləri elan olunub

QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üzrə birinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb (07 Mart 2017 18:37)

Tarix: 21 Dekabr 2015 18:18


Bakı, 21 dekabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin dəstəyi ilə keçirilən “MilliNet 2015” internet müsabiqəsinin qalibləri elan olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 internet resurs təqdim olunub. Onlardan da yalnız 299 sayt yarışmaya buraxılıb. Münsiflər heyəti 2-ci səsvermə prosesində 97 nominant arasından ən yaxşılarını seçib.
Təqdimat mərasimində “Azercell” şirkətinin korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək “MilliNet” müsabiqəsinin ölkədə internetin, xüsusilə də mobil internetin və informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Nominasiyanın hər biri üzrə qalib gələnlərə “MilliNet”in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub.

Teqlər:  Azercellin dəstəyi MilliNet müsabiqəsinin qalibləri elan olunub



RƏYLƏR


Top xəbərlər