Samiraldo: "100 dollar 50 "şirvan" olanda..." - FOTO

Samiraldo: "100 dollar 50 "şirvan" olanda..." - FOTO
19:47 21 Dekabr 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

Məşhurlar Yeni ili necə qeyd edəcəklər?

Günə başlayar-başlamaz dolların bugünkü devalvasiyası mediada geniş müzakirə mövzusuna çevrildi. Hətta bununla bağlı sosial şəbəkə istifadəçiləri maraqlı foto- və videogörünütülər də təqdim etdilər.

Məşhurlar da məsələyə biganə qalmayaraq öz ürək sözlərini sosial şəbəkədəki hesablarında bölüşdülər.

Nəzərə alsaq ki, Yeni ilə sayılı günlər qalıb, belə bir vaxtda 1 dolların 1 manat 55 qəpik olması əsl "sürpriz" oldu.

Milli.Az bildirir ki, oxu.az məşhurlar arasında "Yeni ili kim harada qarşılaycaq? Dolların qalxmasını nəzərə alsaq, bunun üçün sizə nə qədər pul kifayət edə bilər?" adlı sorğu keçirib.

Stilist Samiraldo:

Mən gecə saat 12-yə kimi evdə olacağam. Sonra isə bayramı şəhərdə qeyd edəcəyəm. Yeni ili qarşılamaq üçün mənə 500 manat bəs edər.

Bir zamanlar 100 dollar 50 "şirvan" olanda insanlar yaxşı yaşayırdılar. Yəqin ki, indi də yaxşı olacaq.

Teleaparıcı Arzu Ümid:

Türkiyəyə getməyi planlaşdırırdım. 1 türk lirəsi də 53 qəpik olub. Yəqin ki, bilet də bahalaşcaq. Bayrama isə 10 gün qalıb. Bakıda keçirməli olacağam.

Bayram süfrəsini hazırlamağa isə ən azı 80-90 manat pul lazımdır ki, uşağın xatirinə birtəhər "yola verəsən". Hələ başqa xərcləri demirəm.

Aparıcı-aktrisa Aysel Nazim:

Yeni ili ailəmlə birlikdə Bakıda. restoranların birində qarşılaycağam. Dolların qalxması mənim büdcəmə o qədər də təsir etmir, çünki əmək haqqımın bir hissəsini dollarla alıram. 2016-cı ili istədiyim kimi qarşılamaq üçün mənə 3-4 min manat lazım olacaq.

Aparıcı Azər İsmayılov:

Qiymətlərin qalxması mənim işlərimə də təsir etdi. Yeni il ab-havasında deyiləm.

Müğənni Lətifə Soyuöz:

Yeni ili hər zaman evdə ailə ilə qarşılayırıq, çünki həmin gün nənəmim doğum günüdür.

Dolların qalxmasına gəldikdə isə, bayram günlərində super istirahət etmək üçün 10-15 min dollar kifayət edər.

Aparıcı Fizzə İsmayılova:

Evdə ailəmlə birgə qarşılayacağam.

Prodüser Ataş Hüseynov:

10 il restoranlarda, şou-proqramlarda olmuşam. İndi heç bir müğənni ilə işləmirəm deyə illər sonra Yeni ili evimdə keçirəcəyəm.

Aparıcı Lətafət Ələkbərova:

Bakıda restoranların birində qeyd edəcəyəm.

"Şarm" qrupu:

Yeni ili ailəmizlə birlikdə qeyd edəcəyik. Dolların qalxması hamıya təsir etdi, eləcə də bizə. Amma toy qiymətini qaldırmağı düşünmürük.

İdman aparıcısı Sənan Şəfizadə:

Yeni ili ailəmlə qeyd edəcəyəm. Dolların qalxmasını nəzərə alsaq, buna görə süfrədə olan təamlar bir qədər azalacaq. Eyni zamanda səfalı guşələrdən birndə istirahəti təxirə salacağıq. Dolların qalxması müəyyən planların reallaşmasına təsir edəcək. Daha çox işləmək, daha çox qazanmaq və büdcəyə qənaət etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR