Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyə Böyük Millət Məclisinin sədri Dövlət Bayrağı Meydanı ilə tanış olub

Date: 21 December 2015 20:03


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Azərbaycana rəsmi səfəri çərçivəsində Dövlət Bayrağı Meydanı ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonağa Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Bayrağı Muzeyi ilə tanış olan Türkiyə parlamentinin sədri burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıb.
İsmayıl Qəhrəman muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Tags:  Türkiyə Böyük Millət Məclisinin sədri Dövlət Bayrağı Meydanı tanış olub


RƏYLƏR


Top news