Lui Van Qaalın cəmi 1 yolu qalıb

Lui Van Qaalın cəmi 1 yolu qalıb
21:27 21 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Ötən il böyük ümidlərlə "Mançester Yunayted"in baş məşqçisi təyin olunan Lui van Qaalın bu vəzifədə qalması üçün 1 şansı qalıb. Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 6 oyundur qələbə qazana bilməyən "qırmızı şeytanlar" dekabrın 26-dan start götürən "Boxing day"in ilk matçında "Stok Siti"yə uduzsa, holland mütəxəsisə qapı göstəriləcək. Van Qaalın istefasına icraçı direktor Ed Vudvardın daha çox çalışdırığı bildirilir. Bundan başqa "Yunayted" azarkeşləri arasında aparılan sorğuda fanatların 88 %-i onun göndərilməsinə tərəfdar olub. Mətbuat iddia edir ki, Van Qaalın iş metoduna görə artıq futbolçular da ona güvəni itirib. Buna rəğmən 64 yaşlı mütəxəsis yetirmələrində tam dəstək gördüyünü vurğulayıb.

"Bəli, futbolçuların mənə reaksiya verdiyini müşahidə edirəm. Ən başlıca dəstək hər zaman onlardan gəlir" - Van Qaal qeyd edib.

Xatırladaq ki, "manikunainlar" bir neçə gün öncə "Çelsi" ilə yolları ayrılan Joze Mourinyo ilə danışıqlar aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR