Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AZAL-ın qiymətləri dəyişməyəcək

AZAL-ın qiymətləri dəyişməyəcək

Date: 21 December 2015 21:31

AZAL xarici valyutada aviabiletlərin qiymətini dəyişməz saxlayacaq.

Bu barədə ANS PRESS-ə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Paşa Kəsəmənski bildirib ki, aviabiletlərin avro ekvivalentində qiyməti dəyişməz qalır, lakin Azərbaycanda bütün hesablaşmalar milli valyutada aparılmalı olduğu üçün biletlərin qiyməti IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən Azərbaycan Mərkəzi Bankının ödəniş günündə manatın avroya nisbətdə rəsmi məzənnəsi üzrə dərc edilir.


AZAL təyyarəsi

P.Kəsəmənskinin sözlərinə görə, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz olaraq qalır: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyutada həyata keçirilməli olduğu üçün biletlərin qiyməti İATA tərəfindən ödəniş günü Azərbaycan Mərkəzi Bankının manatın avroya olan rəsmi məzənnəsi üzrə dərc olunur.

Qeyd edək ki, ölkə daxilində aviadaşımaların tarifləri Azərbaycan Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda onlar dəyişməz olaraq qalıb.

Dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 0,501 manat artıb. İndi bir dollar 1,5500 manat olub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1,6850 manata yüksəlib.

Bu bahalaşma Rusiya valyutasından da yan keçməyib. İndi bir rubl 0,0218 manatdır.

Tags:  AZAL-ın qiymətləri dəyişməyəcək



RƏYLƏR


Top news