“Coğrafiya İnstitutunun 2015-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” illik hesabatı təqdim edilib

“Coğrafiya İnstitutunun 2015-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” illik hesabatı təqdim edilib
22:08 21 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında “Coğrafiya İnstitutunun 2015-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” illik hesabatı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İnstitutun 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabat məruzəsi ilə çıxış edib.
Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rza Mahmudov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyev, BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov və digərləri çıxışlarında İnstitut rəhbərinin hesabatında yer alan inkişaf dinamikasını müsbət qiymətləndiriblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cografiya_Institutunun_2015_ci_ilde_elmi_ve_elmi_teskilati_fealiyyeti_haqqinda_illik_hesabati_teqdim_edilib-913128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR