Avronun çırpınmasının SƏBƏBləri

Avronun çırpınmasının SƏBƏBləri
22:12 21 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Əgər Avropaya səyahət haqqında düşünürsünüzsə, bunun üçün ən yaxşı vaxt gələn yaydır. Çünki avronun dəyəri 1,06 dollara qədər düşüb və bu, 12 ilin ən aşağı səviyyəsidir. Avronun dollarla nisbətdə daha da ucuzlaşması uzun çəkməyəcək.

Axırıncı dəfə 2002-ci ilin dekabr ayında dolların dəyəri avrodan yüksək idi, bu da ümumavropa valyutası avronun yaradılmasından üç il sonraya təsadüf edir. Ancaq ondan sonrakı illərdə Avropa idxalı az, ixracı çox olan qitə kimi gücləndi. Avronun dəyəri 1,59 dollara çıxmaqla ən yüksək səviyyəyə çatdı. Bu, Federal Ehtiyat Sisteminin keçmiş sədri Alan Qrinspenin avronun qlobal ehtiyat valyutası kimi dolları əvəz edib-etməyəcəyini sorğulamasına bəs etmişdi. Məlumatlara görə, supermodel Jisel Bündhen də həmin vaxtlar ödənişin dollarla yox, avroyla edilməsində təkid edirdi. Ancaq belə görünür ki, dolların ucuzlaşması ilə bağlı çıxan xəbərlər şişirdilmişdi. O vaxtdan bəri bir ildən az müddətdə avronun dəyəri dollarla nisbətdə 24 faiz düşüb.

Burada şair Robert Frostun yazdığı misralarda olduğu kimi bir-birinə zidd iki yol, yəni iki fərqli pul siyasətindən Avropa şairdən fərqli olaraq təhlükəsiz, hamının istifadə etdiyi yolu seçdi. Avropa Mərkəzi Bankı Avropanın zəif iqtisadiyyatını gücləndirmək üçün yeni buraxılmış pulla istiqrazlar alır, buna kəmiyyət baxımından monetar liberallaşdırma da deyilir. Federal Ehtiyat Sistemi isə faiz dərəcələrini qaldırdı. Bu, o deməkdir ki, faiz dərəcələri Avropada aşağı düşməkdə, ABŞ-da isə qalxmaqdadır. Gəlin belə düşünək: hansına üstünlük verərdiniz? Almaniyadan 0,25 faizlə 10 illik istiqraz, yoxsa ABŞ-dan 2,1 faizlə 10 illik istiqraz? Xüsusilə Avropanın böyük investorlarının pullarını avrodan dollara keçirmələri bu suala cavab verir və budur, ötən il 1,39 dollar olan avro bu il 1,06 dollara düşüb.

Bu məsələni daha sadə yolla aydınlaşdırmaq üçün buna baxmaq kifayətdir ki, ABŞ-ın iqtisadiyyatı Avropanın iqtisadiyyatından daha yaxşı vəziyyətdədir. ABŞ-da işsizlik səviyyəsi 5,5 faizdir və bu göstərici də sürətlə azalmaqdadır, Avropada isə heç də aşağı düşməyən bu göstərici 11,2 faizdir. İndi isə daha güclü iqtisadiyyat üçün daha güclü valyuta olmalıdır, çünki inflyasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrinin daha yüksək olması lazımdır. Lakin Avropa bunun doğru olmadığını aşkarlayıb. İqtisadiyyat, həqiqətən, zəifdirsə, faiz dərəcələrinin yüksək olması iqtisadiyyatı heç də gücləndirmir. Eyni zamanda bu, valyutanın dəyərini qısa müddətə qaldırsa da, zaman keçdikcə dəyərin daha çox düşməsinə səbəb olacaq. Avropa Mərkəzi Bankı bu səhvi iki dəfə edib. Mərkəzi Bank 2011-ci ildə neftlə bağlı qısamüddətli inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini qaldırdı. Bu isə qısamüddətli artımdan sonra uzunmüddətli böhranla nəticələndi və bu böhran ümumi valyuta birliyini parçalamaq gücünə belə malik idi. AMB bu səhvini düzəltmək üçün faiz dərəcələrini mənfiyə qədər azaldaraq və bir ayda 60 milyardlıq istiqrazlar alaraq daha da çox iş görməli oldu. Başqa sözlə, avronun dəyəri bu gün daha da aşağı düşür.

ABŞ isə əvvəldə etməli olduğu kimi dövriyyəyə yeni pul buraxır. ABŞ 2008-ci ildə kəmiyyət baxımından monetar liberallaşdırmaya başladı, 2009-cu ildə bu siyasəti genişləndirdi, 2010 və 2012-ci illərdə isə yenidən bu siyasətdən istifadə etməyə başladı və işsizlik azalana qədər bu siyasətə davam edəcəyi vədini verdi. Bu da işə yaradı. Elə dolların qalxıb-düşməsinin və yenidən qalxmasının səbəbi də bunlardır. Ancaq artıq bu qeyri-müəyyənlik bitib. Dolların dəyəri qalxmaqdadır. Əslində, Federal Ehtiyat Sistemi artıq istiqraz alışını dayandırıb və başqa mərkəzi banklardan fərqli olaraq faiz dərəcələrini qaldırdı. Bu da dolların dəyərini digər valyutalarla, xüsusilə də avro ilə nisbətdə artırıb.

Avro nə qədər ucuzlaşa bilər? Bu, FES faiz dərəcələrini artımının valyuta bazarlarına təsiri və AMB-nin istiqraz almağa nə qədər davam edəcəyindən asılıdır. FES işsizlik artıq normal səviyyəyə çatmaq üzrə olduğundan iyun ayında siyasətini sağlamlaşdırmaq istədiyini açıq şəkildə bildirib. Bundan da önəmlisi - Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uillam Dudley hətta bunu da bildirib ki, uzunmüddətli faiz dərəcələri yüksəlmədiyi halda sürətli bir şəkildə ard-arda dərəcələri qaldıra bilərlər və bu ehtimal yüksəkdir. AMB ən azı 2016-cı ilin sentyabr ayına qədər, inflyasiya səviyyəsi aşağı olduğu halda isə daha da uzun müddət istiqraz almağa davam edəcəyi vədini verib. Avropada inflyasiya artıq bir qədər yüksəlməkdədir, lakin iqtisadçı Pol Kruqmanın da dediyi kimi bazarlarda bunun Avropanın iqtisadiyyatı və pul siyasəti normal səviyyəyə çatana qədər yaxşı olacağı düşüncəsi var. Deutsche Bank (Almaniya bankı) isə avronun 2016-cı ilin sonuna qədər 0,90 dollara, 2017-ci ilin sonunaq qədər isə 0,85 dollara çatacağı proqnozunu verir.

Beləliklə, manatın avroya və dollara kursları arasındakı fərqin bundan sonra necə olacağını təxminləyə bilərsiniz, deyilmi?

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla Bodrumda: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLENT

18 Avqust 2017 16:49

İnsanları qaynar qazanda bişirib, diri-diri yandıran QANİÇƏN KRALİÇA - ŞOK FAKTLAR

18 Avqust 2017 16:48

Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edib

18 Avqust 2017 16:47

“Nar bağı” “Oskar”a təqdim olundu

18 Avqust 2017 16:43

Masallı Sənaye Məhəlləsində tikinti işləri gələn il başa çatdırılacaq

18 Avqust 2017 16:42

Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib

18 Avqust 2017 16:35

Birində bomba, digərində avtomobil - Qərblə Şərqdə terror niyə fərqlidir?

18 Avqust 2017 16:33

Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

18 Avqust 2017 16:32

İspaniyada terror aktı ilə əlaqədar dördüncü şübhəli şəxs saxlanılıb

18 Avqust 2017 16:32

Siqareti dərhal tərgitmək üçün möhtəşəm üsul

18 Avqust 2017 16:32

Bakıda təcili yardım həkimini döydülər

18 Avqust 2017 16:29

"Qalatasaray"dan Usayn Bolt bombası

18 Avqust 2017 16:27

Həştərxan vilayəti Dumasının sədri Gürcüstana buraxılmayıb

18 Avqust 2017 16:27

Bir ailənin 7 üzvü edam edildi

18 Avqust 2017 16:23

Qaçaqmalçılıqla gətirilən 50 min ədəd siqaretin satışının qarşısı alınıb

18 Avqust 2017 16:20

Hande Yener lələyi, zövqsüz kadr, “gülünc” geyim - Yayın uğurlu və bərbad klipləri – VİDEO

18 Avqust 2017 16:18

Boliviyanın dövlət başçısı Azərbaycan Prezidentini IV Qaz sammitinə dəvət edib

18 Avqust 2017 16:17

Gömrükdə 50 min siqaret müsadirə edildi

18 Avqust 2017 16:13

Gülməli hərəkət: Klintonu prezident seçilməsi münasibətilə təbrik etdi - VİDEO

18 Avqust 2017 16:13

Ərdoğandan ŞOK MÜRACİƏT: "Merkelin partiyasına səs verməyin!"

18 Avqust 2017 16:09

Avrozonada illik inflyasiya sabit qalıb

18 Avqust 2017 16:07

Ata qızına təcavüz edəni öldürdü - VİDEO

18 Avqust 2017 16:03

Bu avtobusa nə minmək olur, nə də düşmək...

18 Avqust 2017 16:00

Ən qəzəbli və təhlükəli bürclər - Onlarla ehtiyatlı davranın!

18 Avqust 2017 15:53

Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir

18 Avqust 2017 15:52

Tovuzda yol qəzası olub, bir ailənin 4 üzvü ağır yaralanıb

18 Avqust 2017 15:47

Yazmasın deyə, dəlixanaya qoyulan, aparıcıya "Tanrım" deyən yazıçı: Koelyonun HEYRƏTAMİZ DÜNYASI

18 Avqust 2017 15:43

"Neftçi” futbol klubu yeni üzvlük kartlarının satışına start verib

18 Avqust 2017 15:42

“Neft Daşları”ında yeni quyu istismara verilib

18 Avqust 2017 15:40

Beş ölkənin keçmiş prezidenti Bakıya gələcək

18 Avqust 2017 15:37

Rusiya ilk dəfə Türkiyəni "Ka-32" helikopterləri ilə təchiz edəcək

18 Avqust 2017 15:37

Bakı "İnter"i yeni futbolçularla müqavilə təkli etdi - ÖZƏL

18 Avqust 2017 15:37

Tolikin "Lider" TV-dəki verilişi bağlanıb? – AÇIQLAMA

18 Avqust 2017 15:33

“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib

18 Avqust 2017 15:32

"2 aylıq hamilə olanda ərimə xəyanət etdim" - FOTOLAR

18 Avqust 2017 15:29

SORĞU: “MilliÖn” və “Bakı Kart” terminalları necə işləyir?

18 Avqust 2017 15:25

Bakı Nəqliyyat Agentliyi 4 marşrut sahibinə xəbərdarlıq etdi

18 Avqust 2017 15:23

Kıvanç Tatlıtuğ özündən 6 yaş böyük qadınla evlənməsinin səbəbini açıqladı

18 Avqust 2017 15:18

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş 50 min ədəd siqaretin realizəsinin qarşısı alınıb

18 Avqust 2017 15:17

Nazirlik: Sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır

18 Avqust 2017 15:17

Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək

18 Avqust 2017 15:17

Uşağı öldürən alman Polşa klubunu ziyana saldı - FOTO

18 Avqust 2017 15:17

Türkiyə Rusiya ilə azad ticarətə keçmək istəyir

18 Avqust 2017 15:12

Müdafiə Nazirliyi yeni məlumat yaydı

18 Avqust 2017 15:10

Müdafiə Nazirliyindən ermənilərin yaydığı dezinformasiyalara CAVAB

18 Avqust 2017 15:08

Barselona terroru - terrorçular həm də düşmənçilik toxumu səpirlər

18 Avqust 2017 15:02

Formatı dəyişən "Lider" TV 14 saatlıq yayıma keçir – AÇIQLAMA

18 Avqust 2017 14:58

Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb

18 Avqust 2017 14:57

3350 tələbə ali məktəbini dəyişmək istəyir

18 Avqust 2017 14:54

"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən CAVAB

18 Avqust 2017 14:49