Bu hərbi təşkilata Ermənistan rəhbərlik edəcək (FOTO)

Bu hərbi təşkilata Ermənistan rəhbərlik edəcək (FOTO)
00:16 22 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Rusiyadan Emənistana keçib.

ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın bu gün keçirilən iclasında qərar qəbul edib.

Ermənistan prezidentinin mətbuat xidmətindən verilən xəbərə görə, Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibət ilə təbrik edib.

Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibi iştirak edir. KTMT-nın iclasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.


Rusiya prezidenti Vladimir Putin və Ermənistan Serj Sarkisyan


Hərbi siyasi birlik olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Eyni zamanda, təşkilat mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları da səsləndirir.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası


Bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibəyə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər


Yəqin ki, Ermənistan həmişə olduğu kimi bu dəfə də əlinə düşən imkanda öz məqsədləri üçün istifadə edəcək. Ermənistanın regionda ən böyük məqsədlərindən biri isə Dağlıq Qarabağ ətrafında vəziyyəti gərgin saxlamaqdır. Çox ehtimal ki, Ermənistan təşkilatın imkanlarından öz imkanları üçün istifadə etməyə cəhd edəcək. Amma təbii ki, Rusiyanın icazə verdiyi istiqamətlərdə istifadə edə bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR