Roma 10 il sonra

Roma 10 il sonra
00:43 22 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 22 dekabr, AZƏRTAC
İtaliyanın paytaxtında “Roma-2025” adlı sərgi açılıb. Sərginin əsas məqsədi şəhərin 10 il sonrakı görünüşünü müxtəlif aspektlərdən tədqiq etməkdir.
Layihə çərçivəsində İtaliyanın və müxtəlif ölkələrin 25 nüfuzlu universitetinin tələbələri müxtəlif qurğular, rəsmlər, videolar vasitəsilə şəhərin gələcək görüntüsünü, memarlığını, landşaftını necə təsəvvür etdiklərini sərgiləyiblər.
Layihə iştirakçıları şəhərin hələ kəşf edilməmiş gözəlliklərini üzə çıxarmağa çalışıblar. Onlar memarlıq, tarix, mədəniyyət və eyni zamanda, müasirliklə innovasiya elementlərini vəhdətdə verərək Romanın 10 il sonrakı görünüşünü öz fərdi yanaşmaları ilə nümayiş etdiriblər.
Sərgi yanvarın 17-dək davam edəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roma_10_il_sonra-913148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR