Rus ekspertlər vurulan təyyarənin qara qutusunu oxuya bilmir

Rus ekspertlər vurulan təyyarənin qara qutusunu oxuya bilmir
06:16 22 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Aviasiya üzrə ekspertlər Türkiyənin vurduğu Rusiyaya aid SU-24 hərbi təyyarəsinin qara qutusunda olan məlumatları hasil edə bilməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Uçuş Təhlükəsizliyi Xidmətinin Rəis müavini General-leytenant Sergey Bainetov bəyanat yayıb.



Türkiyə Hərbi Hava qüvvələri noyabrın 24-də Türkiyənin hava məkanını 17 saniyə ərzində pozan və xəbərdarlıqlara məhəl qoymayan Rusiyaya Su 24 bombardmançısını vurub. Rusiya tərəfi təyyarənin Türkiyə hava məkanında deyil, əməliyyatların keçirildiyi Suriya məkanında vurulduğunu iddia edir və qara qutunun bu məlumatları sübuta yetirəcəyini bildirirdi. Habelə Rusiya rəsmisinin dediyinə görə, ekspertlərin apardığı araşdırmadan sonra məlumatları qeydiyyata alan qara qutunun 16 mikro-çipindən 13-ü məhv olub, qalan üçünə isə kifayət qədər ziyan dəyib.



Rentqen sınaqları zamanı salamat qalan 3 çipin daxilində zədələnmə aşkarlanmasa da, ənənəvi texnologiyalarla onlarda olan məlumatları xaric etməyin mümkünsüz olduğu bildirilir. Bainetov ekspertlərin həmin məlumatların hasil olunması üzrə işləri davam etdirəcəyini lakin bunun kifayət qədər uzun vaxt tələb etdiyini etiraf edib.



Ötən ay sözügedən təyyarənin vurulması Türkiyəylə Rusiya arasında gərginliyə yol açıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR