Şəriət qaydalarına uyğun ilk reys baş tutub (FOTO)

Şəriət qaydalarına uyğun ilk reys baş tutub (FOTO)
06:56 22 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Bazar günü Malayziyanın yeganə islam aviaşirkəti “Rayani Air” özünün şəriət qaydalarına uyğun olan ilk reysini həyata keçirib.

ANS PRESS-in məlumatına görə, bu dünyada şəriət qaydalarına uyğun ilk reys kimi tarixə düşüb.

Ölkənin paytaxtından Lanqkavi adasına qədər uçuş eynilə şəriət qaydalarıyla keçib. Yemək yalnız halal məhsullar olub və alkoqolun istifadəsi ciddi qadağan edılib. Bütün ekipaj üzvləri müsəlmanlardan ibarət olub. Həmçinin stüardessalar hicablarda olub . Sərnişinlər tərəfindən marağla qarşılanan uçuşdan əvvəl dua oxunub.


“Rayani Air” aviaşirkəti

Verilən məlumata görə, növbəti ildən belə uçuşları “Firnas Airways” Britaniya aviaşirkəti təklif edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR