Əfqanıstanda 6 xarici hərbçi öldürüldü

Əfqanıstanda 6 xarici hərbçi öldürüldü
07:21 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Baqram şəhərində hərbi baza yaxınlığında törədilən intihar partlayışı nəticəsində 6 xarici hərbçi həlak olub, daha 6 nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, partlayışı terrorçu – kamikadze idarə etdiyi maşını hərbi patrul qarşısında partlatmağla müvəffəq olub. Əfqanıstandakı beynəlxalq qüvvələrə rəhbərlik edən NATO qurbanların hansı ölkənin vətəndaşları olduğunu açıqlamır.

Baqram şəhərinin yerləşdiyi Pərvan vilayəti administrasiyasının sözçüsü partlayış nəticəsində yaralananlardan üçünün əfqan polisi zabitləri olduğunu bildirib.

Başqa bir insident paytaxt Kabildə 1 ABŞ vətəndaşının ölümü ilə nəticələnib. Məlumata görə yerli molla naməlum səbəblə idman zalında ABŞ vətəndaşı Liza Akbarini qətlə yetirib. ABŞ səfirliyi amerikalı vətəndaşın qətli faktını təsdiqləsə də, hadisənin motivləri və təfsilatları barədə məlumat verməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR