Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 36 il ötür.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi "Asala" tərəfindən öldürülüb.
Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub.
Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli "erməni soyqırımı ədalət birliyi" adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. "Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük" - deyə zəng vuran şəxs bildirib.
Xatırladaq ki, erməni terror təşkilatı "Asala" Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.
Milli.Az