Lisenziyaların qiymətləri açıqlandı (SİYAHI)

Lisenziyaların qiymətləri açıqlandı (SİYAHI)
09:56 22 Dekabr 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin.

Bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb prezidentə təqdim ediləcək.
Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.


Lisenziya verən dövlət orqanları
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir.
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, lisenziya tələb olunan bütün digər fəaliyyət növləri üzrə lisenziyaları “ASAN xidmət” mərkəzlərində, habelə “Elektron lisenziya” portalı vasitəsilə verir, həmin lisenziyaları dayandırır, bərpa və ya ləğv edir.

Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatları özündə ehtiva edən reyestr aparır. Reyestrə yeni məlumatlar daxil edildikdə və ya mövcud məlumatlar dəyişdikdə, onlar lisenziya verən dövlət orqanı tərəfindən lisenziyaların vahid reyestrinə daxil edilməsi üçün hər ayın 10-dək elektron qaydada nazirliyə təqdim edilir.
Nazirlik verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir.

Lisenziya verən dövlət orqanı verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində Vergilər Nazirliyinə və ya müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə göndərir.

Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri:









Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri:



Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı:





Lisenziyanın verilməsi qaydası
Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakı sənədləri təqdim edir - lisenziya almaq üçün aşağıdakıları əks etdirən ərizə:
ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
tələbin qısa məzmunu;
ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;

Ərizəyə əlavə olunan sənədlərin siyahısı
hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin dövlət reyestrindən çıxarışının surəti;
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);
fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər.

Lisenziyada aşağıdakı məlumatlar göstərilir
lisenziya verən dövlət orqanının adı;
hüquqi şəxslər, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi üçün - lisenziya verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin adı və hüquqi ünvanı;
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədə dair məlumat (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı);
həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;
lisenziya verilən fəaliyyətin həyata keçirildiyi obyektin ünvanı (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);
lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.
lisenziya onu verən dövlət orqanının rəhbəri və ya rəhbərin həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR