Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilib

Date: 22 December 2015 11:38


Bakı, 22 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun əməkdaşları rayonda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.
Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər və işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına ümidvar olduqlarını vurğulayıblar.

Tags:  Ağdaşda məskunlaşan qaçqın məcburi köçkünlərə bayram sovqatı verilib


RƏYLƏR


Top news